"Əl-Nəsr"in futbolçusu Kristianu Ronaldu Səudiyyə Ərəbistanı klubundakı gələcəyi ilə bağlı qərar verməyə tələsmir.
Sportnet.az TEAMtalk-a istinadən xəbər verir ki, hazırkı müqaviləsi bu il başa çatacaq portuqaliyalı hücumçu 3 variantı nəƏrdən keçirir.
İlk ideya "Əl-Nəsr"lə müqaviləni uzatmaq və rəhbərlikdən heyəti ciddi şəkildə gücləndirməyi xahiş etməkdən ibarətdir.
Habelə, Ronaldu Portuqaliyaya qayıda bilər.
Üçüncü variant isə peşəkar futbolçu karyerasını bitirməkdir.
Qeyd edək ki, Kriştianu Ronaldu "Əl-Nəsr"də 2023-cü ildən forma geyinir. Onun hazırkı transfer qiyməti 12 milyon avrodur.