"Turan Tovuz" heyətini 2 yeni futbolçu ilə gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə klubu Anton Kraçkovski və Rəhim Sadıxovu transfer edib.
Rusiyalı yarımmüdafiəçi carə əsasında cari mövsümün sonunadək qərb təmsilçisinin şərəfini qoruyacaq. Mahaçqala "Dinamo"suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi "Kayrat"da da legioner həyatı yaşayıb.
"Sumqayıt"dan ayrılan Rəhim Sadıxovla isə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb. 28 yaşlı futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının da şərəfini qoruyub.
Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.