Azərbaycan milli komandasının sabiq kapitanı və müdafiəçisi Rəşad Sadıqov Türkiyədə rəmzi komandaya düşüb.
Sportnet.az xəbər verir ki, “TRT Spor”un versiyasına əsasən, Sadıqov “Kocaelispor” klubunun tarixinin ən yaxşı legionerlərindən ibarət yığmasında yer alıb. Sadıqov futbolçu kimi 2008/2009 mövsümündə həmin dövr Türkiyə Super Liqasında yarışan “Kocaelispor”da oynayıb.
Sabiq müdafiəçi bu komandanın azarkeşləri tərəfindən mübariz və əzmkar oyununa görə “Terminator” ləqəbi alıb.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ildə futbolçu karyerasını başa vurub. Bir müddət sonra o, hazırda da çalışdırdığı “Zirə” klubuna baş məşqçi təyin olunub.