Braziliyanın “Flamenqo” klubunun idman direktoru Joze Boto "Qarabağ"ın hücumçusu Juninyonun mümkün transferinə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, Braziliya mətbuatına danışan klub rəsmisi Ağdam təmsilçisi ilə razılaşdıqlarını söyləyib:
"Tərəflər arasında razılıq olub. Lakin o, yalnız müqavilə imzaladıqdan sonra “Flamenqo”nun futbolçusu olacaq. Futbolçu yalnız tibbi müayinədən keçib müqavilə imzaladıqdan sonra klubumuzun üzvü olur. Bu isə hələ baş verməyib”.
Bu arada, Braziliya mətbuatının yazdığına görə, Juninyo müqavilə imzalamaq üçün Rio-de-Janeyroya yollanıb
O, "Flamenqo"nun mövsümöncəsi təlim-məşq toplanışı keçdiyi ABŞ-a yollanamayacaq. Forvard vətənində məşq edəcək.