
Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya PSJ-yə keçib.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, hücumameyilli yarımmüdafiəçia Paris təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Fransa klubu Xviça üçün neapollulara 70 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin saniq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.