Bu gecə Braziliyada Superkubok uğrunda oyun keçirilib.
Sportnet.az Rio-De-Janeyroda mükafat uğrunda reallaşan görüşdə “Botafoqo” ilə “Flamenqo” üz-üzə gəlib.
Gedişatda yağış üzündən bir saatlıq fasilə yaranan oyun “Flamenqo”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qış “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo ehtiyat heyətdə yer alıb. O, 80-ci dəqiqədə matçda dubl edən Bruno Enrikenin əvəzinə meydana çıxıb.
“Flamenqo”nun 4-cü dəfə kuboku qazanması Juninyonun Braziliyada ilk titula sahib çıxması deməkdir.