“Turan Tovuz”dan ayrılan Otto Con sosial şəbəkədə paylaşım edib.
Sportnet.az xəbər verir ki, Liviyanın “Əl-Mədinə” klubuna keçən nigeriyalı hücumçu bunları yazıb:
"Klub rəhbərliyinə təşəkkür edirəm. Məşqçilərə, komanda yoldaşlarıma və təbii ki, heyrətamiz azarkeşlərimizə çox sağ ol deyirəm. “Turan Tovuz” ailəsinin bir parçası olduğum üçün xoşbəxtəm. Bu komandada oynamaq çox xoş idi".
27 yaşlı forvard 2023-cü ildə “Turan Tovuz”a keçmişdi. O, buna qədər “Skenderbeu”, “Trepça”, “Priştina”, “Dukanjini” komandalarında da oynamışdı.