Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
Sportnet.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis yığma ilə bağlı seçimində yanılmadığını bildirib.
O, “RB Sport”a açıqlamasında bunu belə əsaslandırıb: “AFFA-dan zəng gəldi, amma mən Rusiya millisində oynamaq qərarı verdim. Çoxdan olmuşdu, heç təfərrüatları xatırlamıram. Rusiya millisi ilə iki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda iştirak etdim. Bunu yalnız xəyal edə bilərsiniz. Qərarıma görə necə peşman ola bilərəm? Mən Rusiyada doğulmuşam”.
Qeyd edək ki, Aleksandr Səmədov 2011-2018-ci illərdə Rusiya millisinin heyətində 53 oyun keçirib, 7 qol vurub.