
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqada XXII turun yarımçıq qalan "Qalatasaray" - "Adana Demirspor" matçı ilə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, qonaq komanda meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. Bundan başqa klubun aktivindən 3 xal silinib.
Həmin oyunda klub prezidenti postunda olan Murat Sancak "Adana Demirspor"u meydandan çıxardığı üçün 30 günlük diskvalifikasiya və 500 000 TL (23 537 manat) pul cəriməsinə məruz qalıb. Klubun digər rəsmisi Cihan Eliçiçekə isə analoji davranışı səbəbindən 3 oyunluq diskvalifikasiya və 292 500 TL (13 774 manat) cərimə kəsilib.
Qeyd edək ki, hadisə "Qalatasaray" 1:0 hesabı ilə öndə olduğu vaxt - 30-cu dəqiqədə komanda lehinə penalti təyin olunmasına etiraz əlaməti olaraq baş verib.