Azərbaycan Premyer Liqasının XXIV turunun açılış matçında “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Tural Qurbanovun idarə etdiyi qarşılaşmanın 77-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Mustafa Sek
“kimyaçılar”ın üzvü Cəsur Cəloliddinova qarşı qayda pozuntusu edib. Lakin qonaqların penalti istəyini nəzərə almayan baş hakim oyunu davam etdirib.
Əvəzində o, 90+2-ci dəqiqədə Elvin Bədəlovun Ağadadaş Salyanskiyə qarşı kobud oynadığını əsas gətirərək, "Sumqayıt"ın qapısına penalti təyin edib. Topa yaxınlaşan Filip Ozobiç "ağ-qaralar"ın qələbə topunu vurub.
Bu mövsüm "Sumqayıt"ı ilk dəfə yenən “Netçi” 27 xalla 6-cı, ardıcıl 9-cu oyundur uduzan “Sumqayıt” isə 22 xalla 7-ci pillədəki yerini dəyişməz saxlayıb.
Qeyd edək ki, XXIV turun sabah baş tutacaq görüşlərində “Araz-Naxçıvan” evdə “Səbail”lə, “Qarabağ” isə “Sabah”la üz-üzə gələcək. Bazar günü isə “Şamaxı”-“Turan Tovuz”, “Zirə”-“Kəpəz” görüşləri keçiriləcək.
-------------------------------
Azərbaycan Premyer Liqasında XXIV tura bu gün start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günü bir qarşılaşma baş tutacaq.
“Neftçi” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.
Hazırda “Neftçi” 24 xalla 6-cı, “Sumqayıt” 22 xalla 7-ci yerdədir.
Turun digər oyunları fevalın 22-23-də baş tutacaq.
21 fevral
19:00 “Neftçi” – “Sumqayıt” - 1:0
Qol: Filip Ozobiç, 90+2 (penalti ilə)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev