
AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında XIV turun “Hypers Guba” – “Şəmkir” oyununda baş verənlərlə əlaqədar qərarlar qəbul edib.
Sportnet.az xəbər verir ki, 39-cu dəqiqədə “Hypers Guba”nın futbolçusu, Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu 4 oyunluq cəzalandırıb, “Hypers Guba” 300 manat cərimələnib.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Hypers Guba”nın digər futbolçusu Sənan Aslanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzaya, klubu 300 manat cəriməyə məruz qalıb.
Qarşılaşma zamanı “Hypers Guba”nın azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu isə kluba daha 150 manat cərimə bahasına başa gəlib.
Oyun bitdikdən sonra isə “Şəmkir”in futbolçuları rəqib azarkeşləri qıcıqlandıran hərəkətlər ediblər. Nəticədə Qonaq komandaya xəbərdarlıq edilib.
Qeyd edək ki, oyun "Şəmkir"in qələbəsi ilə yekunlaşıb - 2:1.