
Türkiyənin "Fənərbağça" klubu beş futbolçu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
İstanbul təmsilçisi müqavilə müddəti bitmiş futbolçuları ilə yeni sazişə imza atmayıb. Bunlar Pyer Vebo, Selçuk Şahin, Mert Günok, Bekir İrtegün və Egemen Korkmazdır.







































































