
“Çox sevincliyik, olduqca vacib təyinatdır”.
Sportnet.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, A milli komandaların Avropa çempionatından sonra UEFA-nın yığma səviyyəsində ən böyük ikinci turniridir: “Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.