
"Neftçi" Azərbaycan Premyer Liqasının XXVI turunda "Turan Tovuz"u qəbul edib.
Sportnet.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1. "Neftçi Arena"da keçirilən görüşdə hesabı 88-ci dəqiqədə "Neftçİ"nin hücumçusu Bassala Sambu açıb. Tovuz təmsilçisi 90+4-cü dəqiqədə Hayderson Hurtadonun qolu ilə məğlubiyyətdən qurtulub.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 18-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Komandanın müdafiəçisi Emmanuel Hakman "Neftçi"nin futbolçusu Filip Ozobiçi aşkar qol epizodundan məhrum etdiyi üçün qırmızı vərəqə alıb.
Paytaxt klubu bu nəticədən sonra 28 xalla 6-cı, "Turan Tovuz" isə 43 xalla 4-cüdür.
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" evdə "Səbail"i, "Şamaxı" isə "Sabah"ı 1:0, "Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun mərkəzi görüşündə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib
-------------------------------------------
"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXVI turunda evdə "Kəpəz"i məğlub edib.
Sportnet.az xəbər verir ki, "kimyaçılar" çimərlik futbolu hakimi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada 3:0 hesablı qələbəyə sevinib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə hesabı 20-ci dəqiqədə Roy Kehat açıb. İsrailli futbolçu 51-ci dəqiqədə dubla imza atıb. Qarşılaşmada son nöqtəni 90+3-cü dəqiqədə Nihad Əhmədzadə qoyub.
Bu qələbə "Sumqayıt" üçün 2025-ci ildə ilk olub. "Gənclik şəhəri"nin komandası sonuncu dəfə Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə üstələyib. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 11 oyundur həm qələbə üzünə həsrət idi, həm də qolsuzluq seriyasından əziyyət çəkirdi.
"Sumqayıt" bu qələbə ilə xallarının sayını 25-ə çatdıraraq 8-ci pilləyə yüksəlib. "Kəpəz" 3 xal az toplayaraq 9-cudur.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Digər oyunlarda "Zirə" evdə "Səbail"i, "Şamaxı" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib. Turun mərkəzi görüşündə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.
Qarşılaşma saat 17:00-da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək. 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə qərarlaşıblar.
Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Bu görüş saat 19:30-da başlayacaq. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
III dövrə, XXVI tur
17:00. “Sumqayıt” – “Kəpəz” - 3:0
Qollar: Roy Kehat, 20; 51. Nihad Əhmədzadə, 90+4
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz” - 1:1
Qollar: Bassalu Sambu, 88 - Hayderson Hurtado, 90-4
Qırmızı vərəqə: Emmanuel Hakman, 18 ("Turan Tovuz")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub