
AFFA İntizam Komitəsi qurumun keçirdiyi üç liqada "lipa" aşkarlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar AFFA Region Liqasında çıxış edən "Ərgünəş" (Füzuli), AFFA U-12 Liqasından "Qartal" və AFFA U-13 Qızlar Liqasının "Xan Lənkəran" klublarının futbolçularıdır
"Ümid"lə (Saatlı) ev oyununda "Ərgünəş" (Füzuli) komandasının heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Gənclər" PFM-lə ev oyununda "Qartal" FK komandasının heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Sumqayıt" PFK ilə ev oyununda isə "Xan Lənkəran" komandası protokolda adı olmayan oyunçu oynatdığına görə texniki məğlubiyyət verilib. Matçın hesabı olduğu kimi saxlanılsın - 0:14.