
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan 4 gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.
Sportnet.az fedrasiyanın mətbuat xidmətinə istinadən xəbər verir kİ, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
AVRO - 2026 əsas mərhələ
11 aprel
21:00. İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
Timekiper: Corc Jansizian (İsveç).
Helsinqborq Arena
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous (Kipr).
Hakim-inspektor: Gjergji Bitri (Malta).
Bakı İdman Sarayı