
İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, qonşu ölkə yığması buna Asiya zonası üzrə seçmə mərhələ oyununda Özbəkistanla heç-heçə sayəsində nail olub.
Tehrandakı "Azadi" stadionunda təşkil olunmuş qarşılaşmada rəqib komanda iki dəfə hesabda önə keçsə də, meydan sahibləri bərabərlik qolunu vurmağı bacarıblar - 2:2.
Beləliklə, A qrupunda xalını 20-yə çatdıran İran millisi ən azı ilk 2 pillədən birini təmin edərək, adını ABŞ, Meksika və Kanadada keçiriləcək final mərhələsinə yazdırıb. 17 xala malik Özbəkistan yığması isə tarixi şansını qorumaqdadır.