
AFFA "Xan Lənkəran" komandasını U-13 Qızlar Liqasından kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar çıxarıb.
Martın 22-də "Şəfa" ilə səfər oyunu "Xan Lənkəran"ın heyətində yetərsayın olmaması səbəbindən baş tutmayıb.
Ona görə də Lənkəran komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün "Xan Lənkəran" yarışdan kənarlaşdırılıb.