
Populyar qadın müğənni İnstasamka (Darya Zoteyeva) və onun əri Oleq Moneyken (Oleq Yeropkin) Rusiyada futbol klubu alırlar.
Sportnet.az "Mash на спорте" teleqram kanalına istinadən xəbər verir ki, alışın təşəbbüskarı Moneykendir.
O, uşaqlıqdan futbolun pərəstişkarıdır.
İnstasamkanın hansı klubu aldığı açıqlanmır. Amma müqavilənin dəyəri 300 milyon rubl (6 milyon 83 min 403 manat) təşkil edir.
Klubun bütün transfer siyasətinə müğənni və əri cavabdehlik daşıyacaq.