
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Sportnet.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Monteneqro yığmasının qonağı olub.
Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində yeganə qolu 54-cü dəqiqədə Mana Mollayeva vurub.
Siyasət Əsgərovun yetirmələri bu nəticə ilə xal sayını 5-ə çatdırıb. Milli komanda Monteneqro ilə eyni xala malik olduğu üçün 1 və 2-ci pillələri bölüşdürür.
Qeyd edək ki, Azərbaycan milli komandası növbəti matçını mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.
-------------------------
Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Nikşiçdə Monteneqro yığmasının qonağı olacaq.
Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Hazırda hər iki komanda hərəyə 4 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.
Ötən oyunda Litva üzərində 2:0 hesablı səfər qələbəsi qazanan Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv bu görüşdən də qalib ayrılsa, vahid lider olacaq. Monteneqro ilə Bakıdakı qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.
UEFA Millətlər Liqası
8 aprel
20:00. Monteneqro (Qadınlar) - Azərbaycan (Qadınlar) - 1:1
Baş hakim: Marta San Juan
Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta
Dördüncü hakim: Antoine Chiaramonti (Hakimlər briqadası Andorradandır)
Nikşiç şəhər stadionu.