
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç İngiltərə "Suonsi Siti"sinin minoritar sahiblərindən biri olacaq.
Sportnet.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, artıq xorvatiyalı yarımmüdafiəçi ilə Çempionşip təmsilçisi arasında sövdələşmə razılaşdırılıb.
"Suonsi Siti" 42 oyunda 54 xal toplayaraq Çempionşipin turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Bu razılaşma "Real Madrid"də çıxışını davam etdirmək istəyən Luka Modriçin peşəkar karyerasına təsir etməyəcək.
Qeyd edək ki, minoritar sahibkar klubun idarəetməsində iştirak etmir.