
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv Xorvatiyanı qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin yeganə qolunu Oktay Rüstəmli vurub.
Qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığmasında isə David Maraya dubl edib, Marko Kuraja və Nikola Qudasiç fərqlənib.
Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.
-------------------------
Bu gün futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində son oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, rəqib qrup liderliyini və qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya yığması olacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlanacaq.
Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
15 aprel
20:00. Azərbaycan – Xorvatiya - 1:4
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Bakı İdman Sarayı.