İngiltərənin “Liverpul” komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Mersisayd təmsilçisinə "Bornmut"dan ayrılan Andoni İraola rəhbərlik edəcək. Tərəflər arasında son 48 saat ərzində intensiv danışıqlar aparılıb və şəxsi razılıq əldə olunub.
Qeyd edək ki, “Liverpul”u son olaraq Arne Slot çalışdırıb. Niderlandlı mütəxəssis mayın 30-da istefaya göndərilib.















































































