
AFFA İntizam Komitəsi U-17 Liqasının "Zirə" - "Qarabağ" oyununda baş verənlərlə bağlı qərarlar çıxarıb.
Sportnet.az xəbər verir ki, "Zirə"nin futbolçu Musa Mustafayev qarşılaşmanın 52-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Qarşılaşmanın 79-cu dəqiqəsində "Zirə"nin daha bir oyunçusu Qurban Cəlilov rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Ona 3 oyunluq cəza kəsilib.
78-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Rəvan Teymurov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Həmin vaxt komandanın baş məşqçisi, Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
90+1-ci dəqiqədə "Qarabağ"ın daha bir futbolçusu Əli Qazibəyov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Ona 2 oyun şərti olmaqla 3 matçlıq cəza tətbiq olunub. Sınaq müddəti 3 ay təyin edilib.