
AFFA 3 klubu Azərbaycan çempionatlarından kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı İntizam Komitəsi qərar qəbul edib.
AFFA U-11 Liqasının "Ramal" (Tərtər) komandası ilə oyunda "Olimpiya" (Ağcabədi) kollektivi təyin edilən vaxtda meydanda olmayıb.
Nəticədə görüş baş tutmayıb. İntizam Komitəsi "Olimpiya"ya 0:3 hesablı texniki məğlubiyyət verib. Ağcabədi təmsilçisi 3-cü dəfədir oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
U-10 Liqasında keçirilməli olan "Sahil FA" ilə oyun "Azart" komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. "Azart" 0:3 hesablı texniki məğlubiyyət alıb və 3-cü dəfədir oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
U-13 Liqasında "Qarabağ" FK ilə səfər oyunu "Troya" FC komandasının heyətində yetərsay olmadığına görə baş tutmayıb. "Troya"ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 3-cü dəfədir oyuna gəlmədiyinə görə bu komanda yarışlardan kənarlaşdırılıb.