
Qabonlu futbolçu Aaron Bupendza Çində 11-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyası sosial media hesabında məlumat yayıb.
Məlumata görə, Çinin “Çjentzyan” klubunda çıxış edən Bupendza faciə zamanı qardaşı ilə birlikdə mənzildə olub. Hüquq-mühafizə orqanları üç versiyanı nəzərdən keçirir: intihar, bədbəxt hadisə və qardaşı ilə mübahisə nəticəsində qətl.
28 yaşlı qabonlu bir müddət Türkiyənin “Hatayspor” klubunda da çıxış edib. O, 2020/21 mövsümündə Türkiyə Superliqasının bombardiri olub.