
"Qarabağ" Azərbaycan Premyer Liqasının XXXI turunda evdə "Neftçi"ni 3:0 hesabı ilə darmadağın edib.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda keçirilən derbidə hesabı 22-ci dəqiqədə Abdullah Zubir açıb.
40-cı dəqiqədə FIFA referisi Elçin Məsiyevin təyin etdiyi penaltini Yassin Benzia dəqiq vurub. Cəmi 1 dəqiqə sonra isə Nəriman Axundzadə yekun hesabı müəyyənləşdirib.
"Köhlən atlar" bu qələbə ilə xallarının sayını 76-ya çatdıraraq liderliyini möhkəmlədib. Aprelin 20-də "Zirə" evdə "Sumqayıt"ı məğlub edə bilməyəcəyi təqdirdə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv tarixində 12-ci, ardıcıl 4-cü çempionluğunu təmin edəcək. "Neftçi" isə 35 xalla 6-cıdır.
-----------------
"Sabah" komandası Azərbaycan Premyer Liqasının XXXI turunda "Səbail"i qəbul edib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda meydan sahibi komanda qalib gəlib - 3:2.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçda hesabı 21-ci dəqiqədə "dənizçilər"in futbolçusu İnnosent Nşuti açıb. 10 dəqiqə sonra isə Masazır təmsilçisi Sofian Çakla hesabı bərabərləşdirib.
Elvin Məmmədovun rəhbərlik etdiyi kollektiv 75-ci dəqiqədə Süleyman Alluşun baxımlı qolu ilə önə keçsə də, 82-ci dəqiqədə Dmitro Litvin topu öz qapısına göndərib. Görüşün 90+3-cü dəqiqəsində isə Coy Lens Mikels "Sabah"ın qələbə qolunu vurub.
Bu, Vasili Berezutskinin 9 oyundan sonra ilk qələbəsi olub.
Bununla da, "bayquşlar" xallarının sayını 39-a çatdıraraq 5-ci pillədəki mövqeyini möhkəmlədib. "Səbail" 20 xalla sonuncudur.
Qeyd edək ki, bu gün turun digər matçında "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki qarşılaşması baş tutacaq.
Sportnet.az xəbər verir ki, ilk olaraq “Sabah” “Bank Respublika Arena”da “Səbail”i qəbul edəcək.
Saat 17:30-da start götürəcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.
“Sabah” 4 oyundur uduzmur. “Səbail” son iki qarşılaşmada qol vurmayıb.
Günün ikinci matçında isə derbi oynanılacaq. Saat 20:00-da başlayacaq oyunda “Qarabağ” “Neftçi”ni qonaq edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti FIFA referisi Elçin Məsiyev qoruyacaq.
Komandalar arasında keçirilən son 8 oyunun hamısında “Qarabağ” qələbə qazanıb. 4 matçdır qol vurmayan “Neftçi” 15 görüşdür qalib gəlmir.
"Qarabağ" qələbə qazanacağı təqdirdə, 12-ci çempionluğunu rəsmiləşdirəcək.
Qeyd edək ki, turun açılış matçında “Araz-Naxçıvan” evdə “Turan Tovuz”la heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası
XXXI tur
19 aprel
17:30. "Sabah" – "Səbail" - 3:2
Qollar: Sofian Çakla, 31. Dmitro Litvin, 82 (avtoqol). Coy-Lens Mikels, 90+3 - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
Bank Respublika Arena
20:00. "Qarabağ" – "Neftçi" - 3:0
Qollar: Abdullah Zubir, 22. Yassin Benzia, 40 (pen.). Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu