
Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komandanın adı bəlli olub.
Sportnet.az xəbər verir ki, “Kocaelispor” I Liqanın növbəti turlarının nəticələrindən asılı olmayaraq, elitaya vəsiqə qazanıb.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də heyətində yer aldığı “Boluspor”un “Karagümrük”ə 1:0 hesabı ilə qalib gəlməsi “Kocalespor”un mövsümü lider kimi başa vuracağını rəsmiləşdirib.
“Kocaelispor” 16 illik fasilədən sonra Superliqaya qayıdıb. Bu komandada vaxtilə "Zirə"nin hazırkı baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi çıxış edib.