
İtaliyanın "Parma" klubu yeni mövsümdən həvəskarlar liqasında çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib. 
	
	
Böhrana uğrayan klub yeni sponsor tapa bilmədiyi üçün A Seriyasında çıxışdan məhrum olub.
	
	
Xatırladaq ki, 1913-cü ildə qurulan "Parma" klubu 90-cı illərdə iki dəfə UEFA kubokunun sahibi olub. Bununla yanaşı Kuboklar Kuboku və UEFA Superkubokunu qazanıb. İtaliyada isə Superkubok və üçqat ölkə kubokunun qalibi olub. 
	
	
Qeyd edək ki, bu il İtaliya A Seriyasını "Kalyari", "Çezena" və "Parma" tərk edib. Onların əvəzinə "Karpi" ilə "Frozinone" yüksək divizionda çıxış edəcək. 









                 





    
    
    
    
    
    
    
    
    






















































