
“Yaya qədər milli üçün seleksiyamız davam edəcək. Hər kəsi izləyəcəyəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarətAzərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
44 yaşlı mütəxəssis indiyədək I Liqa və Əvəzedicilər Liqasının oyunlarını izlədiyini bildirib: “Yalnız I Liqada XXI turun "İmişli" - "Qəbələ" (1:0 - red.) matçını izləməklə kifayətlənməmişəm. Çox oyunlara gedirəm.
Əvəzedicilərin matçlarında media olmadığından, getməyim bilinmir. İmişlidəki qarşılaşma I Liqanın vacib matçı idi. Çox maraqlı oyun oldu. "İmişli"nin daha istəkli olmasına sevindim. "Qəbələ"də gənc futbolçular var, onları iş başında görmək, bəzilərini bu toplanışa çağırmaq istəyirəm. Göz qoyduğum futbolçuları növbəti toplanışa çağırmaq istəyirəm. Həm də gələcək rəqiblərimizdir, Premyer Liqaya gəlirlər (gülür - red.)”.
Qeyd edək ki, Ayxan Abbasov martın 14-dən həç də U-21 yığmasının baş məşqçisi kimi çalışır. Onunla iki illik müqavilə imzalanıb. O həm də bu mövsümdən "Şamaxı"nın baş məşqçisidir.