
Almaniyanın “Bayer Leverkuzen” klubu ispaniyalı baş məşqçi Xabi Alonsonun İspaniya “Real Madrid”inə gedişinə icazə verəcək.
Sportnet.az xəbər verir ki, bu barədə alman klubunun baş direktoru Fernando Karro insayder Fabritsio Romanoya bildirib.
Onun sözlərinə görə, müvafiq təklif gələrsə, klub 44 yaşlı mütəxəssisin Madrid təmsilçisi ilə danışıqlarına mane olmayacaq.
"Alonso ilə onun gedişinə dair centlmen razılaşmamız var. Xabinin oynadığı komanda gəlsə, danışıqlar masasına oturacağıq və ona mane olmayacağıq" - deyə, o, qeyd edib.
Qeyd edək ki, Xabi Alonso "Real Madrid"də Karlo Ançelottinin əsas mümkün varisi hesab olunur. Onun cari mövsümün sonunda “ağ-qaralar”ı keçə biləcəyinə dair məlumatlar yayılıb. Xabi futbolçu kimi 2009 - 2014-cü illərdə “Real Madrid”də çıxış edib.