
Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İyunun 10-da “Liv Bona Dea Arena”da təşkil olunacaq oyuna saat 20:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də səfərdə Latviya yığması ilə də yoxlama oyunu keçirəcək.