
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo Nazario sahibi olduğu İspaniyanın "Valyadolid" klubunu satışa çıxarıb.
Sportnet.az "AS" nəşrinə istinadən xəbər verir ki, əfsanəvi hücumçu satışdan 40 milyon avro gəlir əldə etmək istəyir.
Məlumata görə, Ronaldo artıq alıcı tapıb, lakin tərəflər bunu mayadək elan etməyəcəklər.
Qeyd edək ki, Ronaldo Nazario 2018-ci ildən "Valyadolid"in sahibidir. Bu müddət ərzində komanda iki dəfə İspanya La Liqasından aşağı liqaya düşüb.
"Ağ-bənövşəyilər" hazırda 32 oyundan 16 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.