
Azərbaycan futbolu tarixində ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı gerçəkləşib.
Sportnet.az xəbər verir ki, Zülfiyyə Bayramova I Liqaya vəsiqə qazanan "Şimal" komandasının qapıçıların hazırlığı üzrə məşqçisi vəzifəsinə təyin olunub.
28 yaşlı istedadlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarının heyətində yer alıb.
“Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən “Baku Juniors” qadın futbol komandasının üzvüdür.
Bayramova qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyub.