
"Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır".
Sportnet.az xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Belarusun müvafiq yaş qrupunu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra affa.az saytına açıqlamasında deyib.
Baş məşqçi oyunçularında fiziki yorğunluğun olduğunu bildirib: “Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.
Qeyd edək ki, U-16 millisi Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Binə stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.