
Azərbaycan Premyer Liqasında XXXV turun son oyununda “Qarabağ” “Kəpəz”i qəbul edib.
Sportnet.az xəbər verir ki, “Azersun Arena”da keçirilən görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada ilk qolu 31-ci dəqiqədə Leandro Andrade vurub. Aktivindəki qol sayını 15-ə çatdıran portuquliyalı yarımmüdafiəçi bombardirlər siyahısında liderliyini möhkəmlədib.
72-ci dəqiqədə Aleksey Kaşuk, 82-ci dəqiqədə isə Musa Qurbanlı fərqlənib.
Ağdam təmsilçisi bu qələbədən sonra xallarını 86-ya çatdıraraq “Zirə” ilə fərqi 15-ə yüksəldib. Gəncə klubu isə 32 xalla turnir cədvəlinin 8-ci pilləsindəki yerini dəyişməz saxlayıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Neftçi” evdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Turan Tovuz" "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 1:0. "Zirə" - "Sabah" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
------------------------
Azərbaycan Premyer Liqasında XXXV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi" "Səbail"i qəbul edib.
"Neftçi Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 1-ci dəqiqədə Dembo Darbo açıb. 25-ci dəqiqədə Ağadadaş Salyanski fərqi artırıb. Matçda son nöqtəni isə 80-ci dəqiqədə Aleks Fernandes qoyub.
Oyunun uzatma dəqiqələrində "Neftçi"nin hücumçusu Bassala Sambu zədələnərək, meydanı tərk edib. Həmin vaxt baş məşqçi Samir Abasov bütün əvəzləmələrdən yararlandığı üçün komandası görüşü azlıqda başa vurub.
Bu nəticədən sonra "Neftçi" xalını 43-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail" isə 22 xalla sonuncu - 10-cudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Turan Tovuz" "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 1:0. "Zirə" - "Sabah" oyununda isə qalib müəyyənləşməyib - 1:1. Tura bu gün saat 19:00-da startı veriləcək "Qarabağ" - "Kəpəz" oyunu ilə yekun vurulacaq.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Neftçi” “Səbail”i qəbul edəcək.
“Neftçi Arena”da təşkil olunacaq matçı Nicat İsmayıllı idarə edəcək.
“Dənizçilər” “flaqman”la keçirilən son 23 oyunda qələbə qazana bilmir. “Ağ-qaralar” son 20 görüşün hamısında qol vurub.
Samir Abasovun komandası 40 xalla 6-cıdır. Ötən tur I Liqaya düşməsi rəsmiləşən Elvin Məmmədovun rəhbərlik etdiyi kollektivin 22 xalı var.
Tura “Qarabağ” - “Kəpəz” oyunu ilə yekun vurulacaq.
“Azərsun Arena”da keçiriləcək qarşılaşmada ədaləti Rəvan Həmzəzadə qoruyacaq.
Ağdam təmsilçisi 35 oyundur gəncəlilərə uduzmur. “Kəpəz” isə son 3 matçda qol vura bilməyib.
Çempionluğu dəqiqləşən Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın 83, Azər Bağırovun baş məşqçisi olduğu klubun isə 32 xalı var.
Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” evdə “Sabah”la sülhə razılaşıb - 1:1.
Azərbaycan Premyer Liqası
XXXV tur
18 may
17:00. "Neftçi" – "Səbail" - 3:0
Qollar: Dembo Darbo, 1. Ağadadaş Salyanski, 25 Alex Fernandeş,80
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
"Neftçi Arena"
19:00. "Qarabağ" – "Kəpəz" - 3:0
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 72. Musa Qurbanlı, 82
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Azersun Arena"