
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş qarşıdakı yoldaşlıq görüşlərində uğursuz nəticə təqdirində istefaya göndəriləcəyinə dair xəbərlərə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis belə bir probleminin olmadığını açıqlayıb.
"Bilmirəm nə cavab verim. Bu məsələ ilə AFFA rəhbərliyi məşğuldur", - deyə Santuş gülümsünərək cavab verib.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya, iyunun 10-da evdə Macarıstanla qarşılaşacaq.