
Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunun növbəti oyununda “Sabah” “Neftçi”ni qəbul edib.
Sportnet.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Baş hakim Tural Qurbanovun idarə etdiyi qarşəlaşmanın 50-ci dəqiqəsində Sofian Çakla Mustafa Sekə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Azlıqda qalmasına baxmayaraq, "Sabah" 64-cü dəqiqədə qol vurmağı bacarıb. Cesse Sekidikanın zərbəsindən sonra "Neftçi"nin qapıçısı Rza Cəfərov kobud səhvə yol verib və top qapıya daxil olub. Bu, Sekidikanın çempionatda 11-ci qolu olub.
76-cı dəqiqədə isə "Neftçi"nin legioneri Edvin Kuç rəqibi təkbətək imkanından kobud oyunla məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda oyunçu sayı bərabərləşib. Qalan dəqiqələrdə qol olmayıb.
Bu nəticədən sonra Vasili Berezutskinin kollektivi xallarını 48-ə çatdıraraq mövsümü 5-ci pillədə başa vurub. Samir Abbasovun komandası isə 43 xalla 6-cı olub.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şamaxı”nı 1:0 hesabla məğlub edib. İlk oyun günündə isə “Sumqayıt” səfərdə “Səbail”ə 4:1 hesab ilə qalib gəlib. Turun son günündə “Turan Tovuz” “Kəpəz”i, “Araz-Naxçıvan” isə “Zirə”ni qəbul edəcək.
------------------------------------
Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunun növbəti oyununda “Şamaxı” “Qarabağ”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil edilən matçda Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbə qazanıb - 1:0.
Baş hakim Rauf Cabarovun idarə etdiyi oyunda yeganə qolu 86-cı dəqiqədə Emmanuel Addai vurub.
Bu nəticəsən sonra Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 36 xalla 7-cidir. Çempionluğunu təmin edən Qurban Qurbanovun komandasının 89 xalı var.
Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Neftçi”ni, “Turan Tovuz” “Kəpəz”i, “Araz-Naxçıvan” isə “Zirə”ni qəbul edəcək.
------------------------------------
Azərbaycan Premyer Liqasında XXXVI turun bu gün daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, paytaxt derbisində “Neftçi” ilə “Sabah” qarşılaşacaq. Qonaq komanda qalib gələrsə, mövsümü 5-ci yerdə tamamlayacaq. Hazırda “Sabah” 45 xalla 5-ci, “Neftçi” 43 xalla 6-cı yerdədir.
“Sabah” son 7 görüşdə uduzmayıb. Son 2 qarşılaşma heç-heçə nəticələnib.
Günün ilk oyununda çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Ağdam komandası 86 xalla 1-ci, “Şamaxı” 36 xalla 7-ci yerdədir.
“Qarabağ” son 8 oyunda qələbə qazanıb. “Şamaxı” son 22 matçda qalib gəlməyib.
Qeyd edək ki, turun açılış oyununda dünən “Sumqayıt” səfərədə “Səbail”i 4:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
17:00 “Şamaxı” – “Qarabağ” - 0:1
Qol: Emmanuel Addai, 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu
19:30 “Sabah” – “Neftçi” - 1:0
Qol: Cesse Sekidika, 64
Qırmızı vərəqələr: Sofian Çakla, 50 - Edvin Kuç, 76
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”