
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü başa çatıb.
Sportnet.az xəbər verir ki, sonuncu - XXXVI tura “Araz-Naxçıvan” - “Zirə” oyunu ilə yekun vurulub.
“Liv Bona Dea Arena”da təşkil edilən görüş “qartallar”ın 1:0 hesablı qələbəsi ilə bitib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi matçda yeganə qolu 58-ci dəqiqədə Junior Martins vurub.
Bununla da, ikinci pillədə qərarlaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 74-ə çatdırıb. Elmar Baxşıyevın komandası 58 xalla 3-cüdür.
Qeyd edək ki, turun digər oyunlarında çempion “Qarabağ” səfərdə “Şamaxı”nı, “Sabah” isə evdə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” səfərdə “Səbail”i 4:1, “Turan Tovuz” evdə “Kəpəz”i 4:0 hesabı ilə darmadağın edib.
-------------------------------
Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir görüşü başa çatıb.
Sportnet.az xəbər verir ki, sonuncu oyun günü "Turan Tovuz" və "Kəpəz" arasındakı Qərb derbisi ilə əlamətdar olub.
Tovuz şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qolların hamısı ilk hissədə qeydə alınıb. Aleks Souza 10-cu və 23-cü dəqiqələrdə fərqlənərək, "dubl" edib. 42-ci dəqiqədə "Kəpəz"in futbolçusu Turan Manafov topu öz qapısına göndərib. Matçda son nöqtəni isə 44-cü dəqiqədə Ayxan Hüseynov qoyub.
Bununla da "Turan Tovuz" mövsümü 55 xalla 4-cü pillədə başa vurub. "Kəpəz" isə 32 xalla 9-cu olub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i 4:1, "Qarabağ" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Neftçi" ilə görüşdə qələbəyə nail olub - 1:0. Çempionata bu gün saat 19:30-da start götürəcək "Araz-Naxçıvan" - "Zirə" matçı ilə yekun vurulacaq.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXVI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, çempionatın son oyun gününə Qərb derbisi ilə start veriləcək.
"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək.
Tovuz şəhər stadionunda təşkil olunacaq görüş baş hakim Fərid Hacıyevə həvalə olunub.
Meydan sahibləri gəncəlilərlə son 7 görüşündə qol vurmağı bacarıb. “Kəpəz” isə səfərdəki bütün matçlarda məğlub olub.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 52 xalla 4-cü, Azər Bağırovun komandası isə 32 xalla 9-cudur.
Çempionatın son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək.
"Liv Bona Dea Arena"da keçiriləcək oyunu baş hakim Cavid Cəlilov idarə edəcək.
Tərəflər arasında təşkil olunmuş son 4 matçda 2-dən çox qol vurulmayıb. Son iki qarşılaşmanın taleyini bir top həll edib.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda 58 xalla 3-cü, Rəşad Sadıqovun kollektivi isə 71 xalla 2-cidir.
Azərbaycan Premyer Liqası, XXXVI tur
25 may (bazar)
17:00. “Turan Tovuz” – “Kəpəz” - 4:0
Qollar: Aleks Souza 10; 23. Turan Manafov, 42 (avtoqol). Ayxan Hüseynov, 44
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Zirə” - 0:1
Qol: Junior Martins, 58
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i 4:1, "Qarabağ" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Neftçi" ilə görüşdə qələbəyə nail olub - 1:0.