
Bakıdan keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı məlum olub.
Sportnet.az xəbər verir ki, bu, İngiltərə millisidir.
Britaniyalılar 1/8 finalda Bolqarıstan millisini mübarizədən kənarlaşdırıb.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında İngiltərə yığması daha dəqiq olub - 3:1
1/4 finalda rəqib bu gün saat 20:30-da başlanacaq Azərbaycan - Rumıniya matçının qalibi olacaq.