
"Millimizə uğurlar arzulayıram".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionatında Rumıniya yığmasını məğlub edərək (1:1, penaltilərdə 2:1) 1/4 final mərhələsinə yüksəlməsini Sportnet.az-a şərh edərkən deyib.
43 yaşlı mütəxəssis futbolçuların özlərini yaxşı tərəfdən göstərməli olduqlarını söyləyib: "Yəqin ki, məşqçilər heyətinin sınadığı müəyyən məqamlar, elementlər olacaq".
Qeyd edək ki, Azərbaycan millisi 1/4 final mərhələsində İngiltərə ilə üz-üzə gələcək. Mayın 29-da təşkil olunacaq görüş saat 20:30-da start götürəcək.