
Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi Monteneqro ilə üz-üzə gələcək.
Oyun saat 20:00-da başlanacaq.
1/4 final mərhələsində Azərbaycan İngiltərəyə 2:1, Monteneqro Çexiyaya 1:0 hesabı ilə qalib gəlib.
Saat 21:30-da isə Macarıstan - Serbiya qarşılaşması oynanılacaq. Macarıstan 1/4 finalda Mavritaniyanı 1:0 hesabı ilə üstələyib. Serbiya isə Bosniya və Herseqovina yığmasını darmadağın edib - 5:0.