
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli "ASCO Arena"da Litvaya böyük hesabla məğlub olub - 0:5.
Qarşılaşmanı Sapir Qaya Bermanın rəhbərliyi altında israilli hakimlər briqadası idarə edib.
Litva millisin heyətində Rimante Yonuşayte (3; 30), Monika Qrikşeyte (10), Uqne Lazdauskayte (42) və Tereza Romanovskaya (48) fərqləniblər.
Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv qrup mərhələsini 5 xalla 2-ci pillədə bitirib.
İyunun 3-də Litva evdə Monteneqroya qalib gəlməsə, Azərbaycan B Liqasına yüksəlmək üçün pley-off oyunu keçirəcək.
UEFA Millətlər Liqası
C Liqası
4-cü qrup
18:00. Azərbaycan - Litva - 0:5
Qollar: Rimante Yonuşayte, 3; 30. Monika Qrikşeyte, 10. Uqne Lazdauskayte, 42. Tereza Romanovskaya, 48
Hakimlər: Sapir Qaya Berman, Mey Moalem, Nofar Çava Skorka, Şada Dahamşi (hamısı İsrail)
Bakı, "ASCO Arena".
---------------------------
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli "ASCO Arena"da Litvanı sınağa çəkəcək.
Saat 18:00-da başlanacaq matçı Sapir Qaya Bermanın rəhbərliyi altında israilli hakimlər briqadası idarə edəcək.
Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv hazırda 3 komandalı qrupda 3 oyundan 5 xalla 2-ci pillədə qərarlaşıb. Qrup lideri Monteneqronun da 5 xalı var. Litva isə indiyədək keçirdiyi hər iki görüşündə uduzduğu üçün xalsızdır.
B Liqasına yalnız qrup lideri vəsiqə qazanacağından, Azərbaycan millisi mümkün qədər çox qolla qalib gəlməli və iyunun 3-də Litvanın Monteneqro ilə keçirəcəyi ev oyununda ən pis halda, daha az top buraxmasına ümid etməlidir.
UEFA Millətlər Liqası
C Liqası
4-cü qrup
18:00. Azərbaycan - Litva - 0:5
Qollar: Rimante Yonuşayte, 3; 30. Monika Qrikşeyte, 10. Uqne Lazdauskayte, 42. Tereza Romanovskaya, 48
Hakimlər: Sapir Qaya Berman, Mey Moalem, Nofar Çava Skorka, Şada Dahamşi (hamısı İsrail)
Bakı, "ASCO Arena".
Azərbaycan (Qadınlar)
|
Litva (Qadınlar)
|
22. Nərgiz Əliyeva
4. Nigar Mirzəliyeva
23. Yeliz Acar
3. Jalə Məhsimova
20. Peritan Bozdağ
5. Ayşən Əhmədova
18. Alina Dorofeyeva
9. Sevinc Cəfərzadə (k)
6. Esra Manya
7. Manə Mollayeva
14. Coşqunə Əliyeva
|
22. Meda Şeşkute
13. Vestina Neverdauskayte
14. Milda Liujinayte (k)
6. Tereza Romanovskaya
23. Loreta Roqaçyova
4. Alqimante Mikutayte
20. Liuciya Vaytukaytite
5. Monika Qrikşeyte
7. Uqne Lazdauskayte
21. Ema Kriauçiunayte
9. Rimante Yonuşayte
|
Ehtiyat oyunçular:
|
Ehtiyat oyunçular:
|
1. Aytac Şərifova
12. Mehriban Şahməmmədova
2. Diana Məmmədova
8. Firəngiz Teymurova
10. Ayşən Salamzadə
11. Vüsalə Seyfəddinova
13. Alina Nəhmədova
15. Kamilla Məmmədova
16. Xanım Əsədova
17. Aysun Muradova
19. Milana Rəhimova
21. Fidan Cəfərova
|
12. Karolina Curukova
8. Erika Şupelite
10. Lolita Jijite
11. Mariya Qalkina
15. Justina Blayeviçiuyte
16. Vilte Şvarceyte
17. Auste Bernotayte
18. Auquste Andriyevskite
19. Qreta Valikoniene
|
Baş məşqçi: Siyasət Əsgərov
|
Baş məşqçi: Tomas Rajanauskas
|