
"Rəvan” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Fizuli Məmmədovun istefasından sonra boşalan post gənc mütəxəssisə həvalə olunub.
Klub rəhbərliyi 2015/2016-cı il mövsümündə UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək komandanı Anar Vəliyevə tapşırıb.
Qeyd edək ki, A.Vəliyev 2013/2014-ci il mövsümündə "Rəvan”ın əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonuncu mövsümdə isə əsas komandada Ramil Əliyevin köməkçisi olub.










































































