
AFFA Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması üçün UEFA-ya müraciət ünvanlayacaq.
Sportnet.az xəbər verir ki, HatTrick investment layihəsi çərçivəsində bir neçə infrastruktur məsələlərinin icrası planlaşdırılır.
Həmçinin AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması nəzərdə tutulur.
Birinci Regional İnkişaf Mərkəzinin inşası və aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi üçün UEFA-ya müraciət ediləcək. Bununla əlaqədar sənədləşmə və layihələndirmə işlərinə başlanılmasına qərar verilib.