
Bu dəfə səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik".
Sportnet.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Belarus yığmasına 0:2 hesabı ilə uduzduqları ikinci yoldaşlıq oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis komandasının hazırlığını belə qiymətləndirib: "İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar millimiz üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Fikrimcə, ikinci oyunda daha yaxşı çıxış etdik.
Xüsusən də, birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək, ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.
Qeyd edək ki, ilk yoxlama matçında da Belarus qalib gəlib - 3:0.