
“Real Madrid”in Nyu-Yorka gəlişi hava şəraiti ilə əlaqədar gecikib.
Sportnet.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun təyyarəsi fırtına səbəbindən bir saatdan çox Nyu-York üzərində dövrə vuraraq, eniş icazəsini gözləyib.
“Real”ın baş məşqçisi Xabi Alonso mətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Madrid təmsilçisi klublararası dünya çemionatının yarımfinalında PSJ (Fransa) ilə qarşılaşacaq. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.