
“Komandamız oyunlara qısa müddət də olsa, uğurla hazırlaşıb. Həm fiziki, həm də taktiki cəhətdən hazırıq. Xüsusilə də I təsnifat mərhələsindəki oyunlara".
Teleqraf xəbər verir ki, bunu “Tsele”nin futbolçusu Mark Zabukovnik UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Sloveniyalı yarımmüdafiəçinin sözlərinə görə, hazırda komandasında ab-hava yaxşıdır: “İstər meydanda, istərsə də kənarda futbolçularla tam uyğunlaşmışıq. Bütün bacarığımızı ortaya qoyacağıq ki, uğurlu nəticə əldə edək. Daxili ab-hava çox yaxşıdır".
O, "Sabah"ı yaxşı analiz etdiklərini bildirib: “Biləndə ki, “Sabah” bizim rəqibimizdir, araşdırdıq. Komanda haqqımda əvvəldən məlumatımız yox idi, amma sonradan ətraflı bilgi əldə etdik. Düşünürəm ki, rəqibi yetərincə analiz etmişik”.
Qeyd edək ki, “Sabah” - “Tsele” görüşü iyulun 10-da Əlincə stadionunda ("Bank Respublika Arena") saat 20:00-da baş tutacaq.