
“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “Tsele” klubu maraqlı paylaşımla diqqət çəkib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalılar oyundan öncə “Bank Respublika Arena”da açıq məşqə hazırlaşarkən sınıq oturacaqların şəklini çəkərək klubun instaqram hesabında yerləşdiriblər.
Bu, oyunöncəsi son məşq ərəfəsində baş verib.
Qeyd edək ki, bu gün Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək “Sabah” - “Tsele” matçı saat 20:00-da başlayacaq.