
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışı keçən “Araz-Naxçıvan” sonuncu yoxlama görüşündə Superliqa təmsilçisi “Trabzonspor”la üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Ərzurumda "Yüksək İrtifa Təlim-Məşq Mərkəzi"nin meydançasında keçirilmiş qarşılaşma Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda “qırmızı-ağlar”ın qollarını Çarles Boli (37), Bəxtiyar Həsənalızadə (49) və Slavikn Alxasov(78) vurub. Rəqibin heyətində isə Batista Mendi (42) ilə Okay Yokuşlu(63) fərqlənib.
“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2.
Qeyd edək ki, Elmar Baxşıyevin kollektivi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın "Aris" klubu üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.